...Respublikanı tərk etdikdən sonra Rusiyada sığınacaq alan keçmiş Suriya prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə Moskva şəhərində yaşayır və saatlarla onlayn oyunlar oynayır.
SİA-nın məlumatına görə, bu barədə Almaniyanın “Die Zeit” qəzeti keçmiş dövlət başçısını uşaqlıqdan tanıyan mənbəyə istinadən yazıb.
Qəzetin yazdığına görə, mənbə Suriyanı hələ 2011-ci ildə tərk edib və hazırda Avropada yaşayır. O, əvvəllər yüksək rütbəli hərbi postda olub və Əsədlə fikir ayrılığına görə vətənini tərk edib.
Die Zeit-in mənbəsinin sözlərinə görə, o, Suriyanın keçmiş liderinin həyatı ilə bağlı məlumatı “etibarlı mənbələrdən” alıb.
Lakin jurnalistlər xəbərdarlıq ediblər ki, hazırda verilən məlumatı yoxlamaq mümkün deyil.
...Əsəd aşağı mərtəbədə ticarət mərkəzi olan elit hündürmərtəbəli binada üç mənzildə yaşayır, vaxtaşırı oraya baş çəkir, qalan vaxtlarını isə onlayn oyunlar oynamaqla keçirir, – qəzetin mənbəsi bildirib.
Mənbə onu da bildirib ki, sabiq dövlət başçısı Moskva vilayətindəki bağ evinə tez-tez baş çəkir.
Mənbə vurğulayıb ki, ərazilərə özəl mühafizə şirkəti nəzarət edir.
Məqalə müəllifləri qeyd ediblər ki, Əsəd ailəsinin Moskva şəhərində təxminən 20 mənzili var.
Əmlakların 76 mərtəbəli “Moskva Siti”-də yerləşdiyi ehtimal edilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə