Fransa Prezidenti Emmanuel Makronun reytinqi rekord həddə düşüb. SİA xəbər verir ki, bunu "Les Echos" qəzetinin sifarişi ilə "Elabe" institutu tərəfindən keçirilən sorğunun nəticələri göstərib. Sorğuya əsasən, Fransa sakinlərinin 82%-i dövlət başçısına etimad göstərmir. Əhalinin cəmi 14%-i onun fəaliyyətini bəyəndiyini bildirib.
Qeyd edək ki, Fransua Olland 2016-cı il müddətini eyni reytinqlə başa vurmuş və rekord dərəcədə aşağı dəstəyə görə yenidən seçilməkdən imtina etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə