...Hindistanın Racastan əyalətində həkim Taraçand Yoqinin təyin etdiyi öskürək siropu iki uşağın ölümünə səbəb olub. Əvvəlcə soyuqdəymə əlamətləri olan iki yaşlı uşaq dərman qəbul etdikdən sonra ölüb.
Sonradan daha bir beş yaşlı uşaq öskürək siropu qəbulundan az sonra dünyasını dəyişib.
SİA-nın məlumatına görə, həkimin sirop təyin etdiyi bütün uşaqlardan yalnız ikisi xilas olub.
NDTV xəbər verir ki, həkim şərbətin həqiqətən ölümə səbəb olub-olmadığını yoxlamaq qərarına gəlib və özü içib.
Maraqlıdır ki, həkim siropdan təcili yardım maşınının sürücüsünə də təklif edib və o da məmnuniyyətlə həmin şərbətdən içib.
Və ağır zəhərlənmə ilə hər ikisi reanimasiyaya aparılıb. Hazırda hər ikisinin müalicəsi davam etdirilir: ya ölə, ya da qalalar...
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə