XIV Leo “süni intellekt Papa” ideyasını rədd etdi…

O, neyroşəbəkələrin inkişafına ehtiyatla yanaşmağın vacibliyini vurğulayıb…

...Papa XIV Leo özünün süni intellektlə işləyən avatarının yaradılması təklifini rədd etdiyini bildirib. O, insan şəxsiyyəti üçün potensial risklər barədə xəbərdarlıq edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Politico xəbər verir.

Pontifikin sözlərinə görə, ondan inanclılarla virtual auditoriya saxlaya biləcək “süni intellekt Papa”nın yaradılmasına razılıq verməsi istənilib.

...Bu süni intellektli Papa dindarlarla ünsiyyət qurmalı idi və mən cavab verdim ki, buna razılığımı vermək fikrində deyiləm.

Bunu Papa deyib.

...Əgər avatar vasitəsilə təmsil olunmaması lazım olan biri varsa, şübhəsiz ki, Papa onlardan biridir.

May ayında seçildiyi vaxtdan bəri Leo süni intellektin bəşəriyyətə, xüsusən də uşaqlara və gənclərə təsirindən narahatlığını dəfələrlə dilə gətirib.

İtaliyanın baş naziri Ciorcia Meloni ilə ilk telefon danışığında o, "insanların xeyrinə süni intellektin etik inkişafı" mövzusunda hökumətlə əməkdaşlığı müzakirə edib.

Papa həmçinin süni intellektin məşğulluq və insan şəxsiyyəti üçün potensial nəticələri barədə xəbərdarlıq edib.

...İnsan ləyaqəti bizim işimizlə sıx bağlıdır. Əgər biz bütün dünyanı avtomatlaşdırsaq və yalnız bir neçəsinin resursları varsa... böyük problemlə üzləşirik, - o vurğulayıb.

Beləliklə, XIV Lev papalığın dini lider kimi mövqeyini və rolunu virtual texnologiyalarla əvəz edə bilməyəcəyini açıq şəkildə ifadə etdi və o, süni intellektin inkişafına ehtiyatlı yanaşmağın vacibliyini vurğuladı ki, bu, cəmiyyətin fundamental dəyərlərinə təhlükə olmasın.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə