Ukrayna tələbələri müharibəyə hazırlayır...

Ölkə hakimiyyəti 80 mindən 200 min nəfərə qədər tələbə ilə təlim keçməyi planlaşdırır...

...Deməli, sentyabrın 1-dən Ukrayna universitetlərində tələbələr üçün icbari hərbi hazırlığa start verilib. Proqram 18-22 yaş arası kişilər üçündür və ixtisaslaşdırılmış mərkəzlərdə 90 saat nəzəri məşğələ və 210 saat praktiki məşğələləri əhatə edir. Ümumilikdə 80-200 min adam iştirak edəcək.

SİA-nın məlumatına görə, bu barədə CEPA yazır.

Gənc ukraynalılar hərbi xidmətin əsaslarını, ilk tibbi yardım və taktiki bacarıqları öyrənirlər. Kursu bitirən tələbələr vətənə sədaqət andı içir və könüllü hərbi xidmətə çağırılma imkanını saxlamaqla, onları 25 yaşa qədər icbari xidmətdən azad edən şəhadətnamə alırlar.

Tələbələrin demək olar ki, yarısını təşkil edən qadınlar nəzəri hissəni keçməlidirlər və könüllü olaraq praktiki məşğələlərə qatıla bilərlər.

Hökumət ümid edir ki, hərbi təlim və xaricə səyahət hüququnun birləşməsi gəncləri mühacirətdən çəkindirməyə kömək edəcək. Əvvəllər 18-60 yaş arası kişilərin ölkədən çıxışı qadağan idisə, indi 18-22 yaşlı tələbələr sərbəst şəkildə gedib-gələ bilirlər.

Bu fonda Rusiya təhsili sistemli şəkildə hərbiləşdirməyə davam edir.

Orada uşaqlara kiçik yaşlarından hərbi nizam-intizam öyrədilir: məktəblilər yürüş edir, təlim qumbaraatası atır, pulemyot yığır, Ukrayna müharibəsi haqqında mühazirələr dinləyirlər. Universitetlərdə tələbələr “qəhrəmanlıq məclislərində” iştirak edir, əsgərlərə məktublar yazır, ordu üçün məcburi işlər görürlər. Ukrayna vətəndaşlarını seçim azadlığını qoruyaraq ölkəni müdafiə etməyə hazırlamağa mərc edir, Rusiya isə uşaqları və tələbələri təbliğat və gələcək müharibələr alətinə çevirir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə