Malayziyada leysan yağışların səbəb olduğu daşqınlarda 12 nəfərin öldüyü bildirilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “Bernama” xəbər agentliyinin məlumatına görə, sentyabrın 12-dən etibarən ölkə daxilində yağan güclü yağışlar daşqınlara səbəb olub.
Səlahiyyətlilər Sabah ştatında daşqınlarda 12 nəfərin öldüyünü, daha 12 nəfərin isə su altında qalaraq itkin düşdüyünü bildirib. Rəsmi şəxslər həmçinin əyalətdə sel sularından zərər çəkmiş 2468 nəfərin təhlükəsiz bölgələrə təxliyə edildiyini, Perak əyalətində isə təxliyə edilənlərin sayının 397-yə yüksəldiyini bildirib. Səlahiyyətlilər Selangor əyalətində 146, Nigerinin Sembilan əyalətində isə 74 nəfərin sel suları səbəbindən təhlükəsiz bölgələrə təxliyə edildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə