Elit rus qoşunlarında qalmaqal yaranıb...

Rus əsgərləri cəbhədən yayınmaq, pul qazanmaq üçün bir-birini yaralayır...

...Rusiyada 83-cü Qvardiya Hava Desant Briqadası ətrafında qalmaqal yaranıb. İstintaq orqanları onun hərbçilərini ümumilikdə 200 milyon rubldan (2,4 milyon dollar) çox təzminat almaq üçün bir-birinə qəsdən xəsarət yetirməkdə ittiham edir.

Şübhəlilər arasında briqada komandirləri də daxil olmaqla 35 zabit və sıravi hərbçi var.

SİA-nın məlumatına görə, bu barədə CEPA yazır.

İstintaq Komitəsinin məlumatına görə, polkovnik Artem Qorodilov və polkovnik-leytenant Konstantin Frolov dələduzluq sxemində iştirak etdiklərini etiraf ediblər. İddialara görə, iki medalla təltif olunan Frolov həmkarlarından bədənin həyat üçün təhlükəli olmayan hissələrinə atəş açmağı xahiş edib.

Qorodilov əvvəllər rus qoşunlarının dinc sakinlərin kütləvi qətlində ittiham olunduğu Buça yaxınlığındakı döyüşlərdə iştirak edən alka komandirlik edib.

83-cü briqadanın Çasovıy Yarda fəaliyyət göstərdiyi və Xarkov vilayətinə köçürüldüyü bildirilir. Telegram kanalları və müxalifət mənbələri əsgərlərin aşağı əhval-ruhiyyəsini və hücumlarda iştirakdan kütləvi imtinanı, həmçinin cəbhə xəttində rotasiyaların və şəraitin olmadığını qeyd edir. Ekspertlər vurğulayırlar ki, məlumat manipulyasiya və siyasi təzyiqlərlə tanınan Rusiya xüsusi xidmət orqanlarından gəlir, ona görə də detallar təhrif oluna bilər.

Eyni zamanda, müxalifət mediası orduda əhval-ruhiyyənin son dərəcə aşağı olduğunu təsdiqləyir. Kremlin motivləri ikitərəfli ola bilər.

Guya "etibarsız" əsgərləri göstərmək və cəbhədəki real itkiləri gizlətmək. 2024-cü ildə Rusiya itkiləri, müxalif nəşrlər olan Meduza və Mediazona-nın hesablamalarına görə, 2023-cü ildəki rəqəmdən iki dəfə çox olan 93.000 nəfərə çatıb.

83-cü briqadanın hekayəsi Ukraynadakı ölümcül müharibədə iştirak etməyə məcbur olan rus hərbçiləri arasında korrupsiya, ümidsizlik və cəbhə qorxusunun birləşməsini nümayiş etdirir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə