...Rusiya hakimiyyəti Sibirin əhalisinin boşaldılması ilə mübarizə aparmaq qərarına gəlib: Daxili İşlər Nazirliyi, Əmək Nazirliyi və Səhiyyə Nazirliyinə Sibir Federal Dairəsinin əhalisini sabitləşdirmək tapşırılıb.
Bu, regionun 2035-ci ilə qədər inkişafı üçün düzəliş edilmiş strategiyadan irəli gəlir.
Sənəddə qeyd olunur ki, işlərə 2025-ci ildə başlanacaq və onun nəticəsi ölüm hallarının azalması və xaricdə yaşayan soydaşların regiona aktiv şəkildə köçürülməsi olmalıdır. Həmçinin regional əmək bazarının balanslaşdırılması üçün tədbirlərin görülməsi nəzərdə tutulur.
SİA-nın məlumatına görə, “The Moscow Times” yazır ki, xüsusən də məsul idarələr sosial qurumlar da daxil olmaqla, kadr çatışmazlığı problemini həll etməlidir.
...“VEB İnstitutu”nun əvvəllər hesablamasına görə, 1991-ci ildən bəri Sibir əhalisi 12 faiz azalıb.
Yalnız Uzaq Şərq Rusiya bölgələrindən daha çox sakini itirib. 2025-ci ilin əvvəlinə Sibir Federal Dairəsində 16,482 milyon insan və ya Rusiya əhalisinin 11,29 faizi yaşayırdı.
Hər il təxminən 287 min iqtisadi fəal sakin Sibirdən çıxır.
Bu axın 1990-cı illərin demoqrafik çöküşünün nəticələri ilə mürəkkəbləşir.
...FinExpertiza analitiklərinin Rosstat məlumatlarına əsaslanan hesablamalarına görə, nəticədə 2030-cu ilə qədər 25-44 yaşlı əhalinin azalması 20 faizə çata bilər. Eyni zamanda, bu gün Sibir sakinlərinin iqtisadi cəhətdən ən aktiv yaşda payı tarixi minimumdadır.
Bundan əvvəl Prezident yanında İnsan Hüquqları Şurasının üzvü Sergey Karaqanov “Rusiyanın üç yüz illik Avropa səyahəti başa çatdığını” bildirmişdi.
O, Rusiyanın Sibirdə yerləşən “köklərinə” qayıtmağa çağırıb. Eyni zamanda, Karaqanov "yeni Sibir Rusiyası"nı qurmaq üçün Ukraynaya qarşı müharibənin iştirakçılarının göndərilməsini təklif edib.
...Müharibədən qayıdan döyüşçülər... nəinki idarəetmə sinfini artırmalı, həm də perspektivli, yüksək ixtisaslı və yüksək maaşlı işlərə sahib olmalı, Sibirdə yeni infrastruktur qurmalıdırlar. Onların çoxu orada qalıb sibirli olacaqlar, Trans-Sibir dəmir yolu və Baykal-Amur magistral xəttinin tikintisi zamanı olduğu kimi...
Bunu İnsan Hüquqları Şurasının üzvləri qeyd edib. Karaqanov əlavə edib ki, o, artıq bir qrup alim, iş adamı və ictimai xadimlə birlikdə “Şərq dönüşü 2.0 və ya Rusiyanın Sibirləşdirilməsi” layihəsi üzərində işləyir.
Onun sözlərinə görə, Rusiyanı Sibir vasitəsilə Asiya ölkələri ilə birləşdirməli olan Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına xüsusi diqqət yetirilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə