İsrail Livana 8 yeni hava zərbəsi endirib

İsrail ordusu Livanın şərqindəki Hermel bölgəsinə və Baalbek şəhərinin Lebve şəhəri ətrafına 8 hava zərbəsi endirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Hermel bölgəsi ətrafında 7 hava hücumu həyata keçirib.

İsrail ordusu Baalbek əyalətinin Lebve şəhəri ətrafına da hava zərbələri endirib. İsrail Ordusunun sözçüsü Aviçay Adraee, Amerikanın "X" şirkətinin sosial media platformasında verdiyi açıqlamada, İsrail ordusunun Livanın şərqindəki Bekaa vadisindəki Hizbullahın Rıdvan Qüvvələrinin düşərgələrinə və silah anbarlarına hücum etdiyini iddia edib. Adraee düşərgələrin İsrailə qarşı hücumları planlaşdırmaq və hazırlamaq üçün istifadə edildiyini iddia edib və hücumların davam edəcəyi ilə hədələyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə