“Putin və Rusiya Trampa hörmət etmir, amma çox qorxurlar...”

ABŞ prezidenti həqiqətən də Kremlə təzyiq edə bilər...

...Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, ABŞ lideri Donald Tramp Rusiyaya müharibəni dayandırmaq üçün kifayət qədər təzyiq göstərmir.

SİA-nın məlumatına görə, “Ukrinform” xəbər verir ki, bu barədə dövlət başçısı “The Rosenberg Report”a müsahibəsində bildirib.

...Mən Putinə bir faiz də ərazi vermək istəmirəm ki, Ukraynaya görə sülh əldə edə bilməyəcəyimizi deyə bilək,- o vurğulayıb.

Zelenski qeyd edib ki, o, Trampın bütün ideyalarını - Türkiyədəki danışıqları, dərhal atəşkəs tələbini, sülh sazişinin bağlanmasını, üçtərəfli və ya ikitərəfli danışıqların aparılmasını dəstəkləyir.

Eyni zamanda, Putin bütün bu addımlardan həmişə imtina edir.

…Bir daha təkrar edirəm ki, Putin hər hansı danışıqlardan imtina etməyə çalışır. Putin sanksiyalar siyasətində pauza almağa çalışır... O, manipulyasiya etməyə, vaxt tapmağa çalışır, müxtəlif səbəblərdən istifadə edir ki, ABŞ bir az gözləməli, belə təzyiqlər göstərməsin, - Zelenski əlavə edib.

…Putin potensial yalançıdır... Rusiya üçün ABŞ istənilən halda düşməndir. Onlar ABŞ-ın sahib olduğu gücə hörmət edirlər, dəyərlərə yox.... Putin, Rusiya ABŞ-a hörmət etmir... Amma qorxurlar, çox qorxurlar.

Bunu da Ukrayna prezidenti qeyd edib.

Zelenski həmçinin deyib ki, o, ABŞ prezidentində “həqiqətən də Putinə danışıqlar masası arxasına əyləşmək və Ukraynaya və bütün Avropa ölkələrinə sülh gətirməsi üçün təzyiq göstərə biləcək” adam görür.

Dövlət başçısı hesab edir ki, Tramp Moskvaya kifayət qədər təzyiq göstərmir.

…Və prezident Tramp mənim fikrimi bilir... Əgər Putin yenidən hər hansı sülh danışıqları ilə bağlı tərəddüd etsə, biz həqiqətən də ABŞ-ın Rusiyaya güclü təzyiqinə ümid edirik... Təkcə sanksiyalar kifayət deyil, təkcə silah kifayət deyil. Bu, sanksiyaların, silahların və prezident Trampın Putinə qarşı siyasi təzyiqinin birləşməsindən ibarət olmalıdır.

Bu da Zelenskinin dedikləridir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə