Əcnəbilər “Amina” mobil proqramından istifadə etməlidirlər...

Hələlik Moskva və Moskva vilayətində...

...Moskvaya və Moskva vilayətinə vizasız işləmək üçün gələn əcnəbilərdən hüquq-mühafizə orqanlarına onların hərəkətlərini izləməyə imkan verən “Amina” proqramından istifadə etmək tələb olunur.

SİA-nın məlumatına görə, bu barədə “Gazeta.ru” xəbər verir.

...“Amina” mobil tətbiqi Moskva vilayətində miqrasiya qanunvericiliyinə əməl olunmasına nəzarətin keyfiyyətinin artırılmasına yönəlmiş tədbirlər kompleksinin bir hissəsidir. Tətbiqin köməyi ilə əcnəbi vətəndaşlar yaşadıqları ünvan və onun dəyişdirilməsi barədə daxili işlər orqanlarına məsafədən məlumat verə biləcəklər. Tətbiqin mühüm funksionallığı, quraşdırıldığı cihazın geolokasiyasına dair məlumatların Rusiya Daxili İşlər Nazirliyinə məcburi ötürülməsidir. Bu, hüquq-mühafizə orqanlarına təhlükəsizliyə nəzarəti təkmilləşdirməyə və xarici vətəndaşlar tərəfindən hüquq pozuntularının qarşısını almağa imkan verəcək.

Bu barədə “Çoxfunksiyalı Miqrasiya Mərkəzi” Dövlət Büdcə Müəssisəsinin baş direktoru Anton İqnatov bildirib.

2026-cı il sentyabrın 1-dən 90 gündən artıq müddətə işlə bağlı olmayan məqsədlərlə gələn xarici vətəndaşlar da eksperimentdə iştirak edəcəklər.

Belarus vətəndaşları, diplomatlar və onların ailə üzvləri, habelə beynəlxalq təşkilatların əməkdaşları “Amina” tətbiqindən istifadə etməkdən azaddırlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə