Rusiya ABŞ-la danışıqlar üçün şərtlər qoymağa başlayıb..?

Kreml “qeyri-ictimai format” tələb edir...

...SİA-nın nv.ua-dan əldə etdiyi məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ və Rusiya arasında Ukraynadakı müharibənin həlli üzrə iş “nəticə əldə etmək üçün qeyri-ictimai formatda olmalıdır”.

Peskovun sözlərinə görə, Rusiya ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibə ilə bağlı vasitəçilik səylərinin “vacib” olduğu üçün davam edəcəyinə ümid edir.

Kreml sözçüsü onu da bildirib ki, Ukrayna və Rusiyanın danışıqlar qrupları arasında yeni görüşün dəqiq tarixləri yoxdur.

Eyni zamanda o, danışıqlar aparan qrupların rəhbərlərinin “təmasda olduğunu” iddia edir.

Peskov, həmçinin Rusiyanın Ukrayna ərazisinə qoşun yeridilməsi ehtimalı ilə bağlı Avropada müzakirələrə mənfi münasibət bəslədiyini bir daha vurğulayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə