Moskva meri də etirafda bulundu…

Sobyanin: Xüsusi hərbi əməliyyat şəraitində əmək miqrasiyasına qarşı mübarizə çox pis hekayədir…

SİA-nın məlumatına görə, Moskva meri Sergey Sobyanin KP.RU-ya müsahibəsində bütün ölkədə işçi qüvvəsi çatışmazlığı səbəbindən əmək miqrasiyasına qarşı iqtisadi mübarizənin yersiz olduğunu bəyan edib.

Eyni zamanda mer miqrasiya sahəsində nizam-intizamın bərpa olunmasının vacibliyini də etiraf edib.

…İqtisadi baxımdan əmək miqrasiyasına qarşı mübarizə, xüsusən də xüsusi hərbi əməliyyat şəraitində çox pis hekayədir.

Bu gün ölkədə işəgötürənlər beş milyona yaxın insan tapa bilmirlər. Bu, əsl çatışmazlıqdır.

Yüz minlərlə gənc cəbhəyə, elə o qədər də gənc müdafiə sifarişlərinin dəfələrlə artdığı hərbi sənaye kompleksinə işləməyə gedib, - paytaxt meri izah edib.

Eyni zamanda o, əcnəbilər tərəfindən törədilən cinayətlərin sayının azalmasına diqqət çəkib.

Bu tendensiya son 10 ildə müşahidə olunur.

Bundan əlavə, Sobyanin xatırladıb ki, Moskvada miqrantların fəaliyyəti ilə bağlı eksperimentlər başlayır.

O cümlədən, bütün paytaxt hava limanlarında əcnəbilərin biometrik nəzarəti həyata keçirilir.

…Bundan əvvəl bildirilmişdi ki, yeni ildən miqrantlar rus dili, Rusiya Federasiyasının tarixi və ölkə qanunvericiliyinin əsasları fənlərindən kompüterdə imtahan verəcəklər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə