Belarus Çinə bu məhsulun əsas tədarükçüsüdür..?

Amma Rusiyadan sonra...

...Belarusiyadan Çin bazarına qida məhsulu fəal şəkildə çatdırılır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə MYFIN yazır. Söhbət Çinin ənənəvi olaraq böyük həcmdə aldığı kolza yağından gedir.

Çin bazarına kolza yağı tədarükçüləri siyahısında Belarus ikinci yeri tutur, yəni yalnız Rusiya Federasiyasından sonra ikinci yerdədir.

“Agroexport”un məlumatına görə, Çin 2025-ci ilin yanvar-iyun aylarında Rusiyadan 685 milyon dollara kolza yağı alıb. Çin Belarusdan tədarük üçün təxminən 173 milyon dollar ödəyib.

Çin bazarına kolza yağı tədarük edən ilk 5 ölkəyə Kanada (134 milyon dollar), BƏƏ (100 milyon dollar) və Fransa (42 milyon dollar) daxildir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə