Rusiya benzin ixracına qoyulan qadağanı sentyabr ayına qədər uzadacaq...
...Rusiya hakimiyyəti benzin ixracına qoyulan tam qadağanı sentyabrın sonuna qədər uzatmaq niyyətindədir. Oktyabr ayında qadağa neft məhsulları istehsalçısı olmayanlara şamil ediləcək.
SİA-nın məlumatına görə, Rusiyanın İnterfaks agentliyi yazır ki, baş nazirin müavini Aleksandr Novak avqustun 14-də Energetika Nazirliyinin bu təklifini dəstəkləyib.
Eyni zamanda hökumət “daxili bazarın yanacaqla tam təmin olunduğuna, benzinin topdansatış qiymətlərinin aşağı düşdüyünə, dizel yanacağı ilə bağlı vəziyyətin sabit qalacağına” əminlik verib.
Agentliyin mənbələrindən birinə görə, mümkün kəsiri ödəmək üçün Belarusdan neft məhsullarının alınması istisna edilmir.
İnterfaks yazır ki, əvvəllər istehsalçılar üçün benzinin ixracına qoyulmuş qadağaya baxmayaraq, Rusiyada benzinin birja qiymətləri artmaqda və yeni rekordlar qırmaqda davam edir. Aİ-92-nin qiyməti artıq kəsilmə damperindən keçib, bundan sonra neft istehsalçıları büdcədən ödəniş almırlar.
Lakin baş nazirin müavini ilə görüş ərəfəsində birjada benzinin qiyməti bir qədər aşağı düşüb.
Rosstatın məlumatına görə, artıq üçüncü həftədir ki, yanacaqdoldurma məntəqələrində benzinin bahalaşması ümumi inflyasiya səviyyəsini ötüb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə