Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-da keçirilən görüşdə imzaladığı saziş regionda yeni müharibənin başlanacağını elan edəcək sənədə çevriləcək.
SİA-nın məlumatına görə, bunu RT-yə müsahibəsində erməni politoloq Xaçik Qalstyan deyib.
...ABŞ-ın nəzarətində olan dəhliz sırf Türkiyə və Azərbaycanın maraqlarına xidmət edəcək. Regiondakı iki əsas oyunçunun - İran və Rusiyanın maraqlarına məhəl qoyulmayacaq, - o vurğulayıb.
Ekspert əlavə edib ki, İran və Rusiya “təmiz oturmayacaq”, Ermənistan isə “yeni bölücü xətlərə və yeni regional münaqişə üçün böyük potensiala malik yeni Suriyaya” çevriləcək..?
...Avqustun 8-də Nikol Paşinyan və İlham Əliyev İrəvanla Bakı arasında münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar. Sənəd iki ölkə arasında tam hüquqlu sülh müqaviləsinin imzalanması istiqamətində ilk addım oldu.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə