Rusiyada heç bir mühüm qərar prezident Vladimir Putinsiz qəbul edilə bilməz.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev deyib.
O qeyd edib ki, Rusiyada “baş nazir prezidentin, sonra isə parlament palatalarının spikerlərinin arxasınca getdiyi” aydın iyerarxiya mövcuddur.
Juravlev son sözü həmişə Putinin deyəcəyinə diqqət çəkib və dövlət başçısının Alyaska səfəri zamanı hakimiyyətin cilovunun başqasına keçməsi ilə bağlı “heç bir illüziyaya qapılmamağa” çağırıb.
...Müdafiə naziri və ya Baş Qərargah rəisi bəzi addımlara təsir edə bilər... lakin son söz həmişə və hər şeydə Rusiya prezidentinə məxsus olacaq.
Juravlevin sözləridir.
...RT xəbər verir ki, bundan əvvəl Kreml Alyaskaya səfərə hazırlıq çərçivəsində Putinin Rusiyanın ali rəhbərliyinin üzvləri ilə görüş keçirdiyini açıqlayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə