...Çin ordusu çərşənbə günü ABŞ-a məxsus USS Higgins esminesini Cənubi Çin dənizindəki mübahisəli Skarboro rifinin yanından keçərkən aşkar edərək onu “qovduğunu” bildirib.
Pekin gəminin Çin hökumətinin icazəsi olmadan sulara girdiyini, Çinin suverenliyini və təhlükəsizliyini və bölgədə sülh və sabitliyi ciddi şəkildə pozduğunu söyləyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters xəbər verir.
ABŞ Hərbi Dəniz Qüvvələri əməliyyatın beynəlxalq hüquqa uyğun olduğunu bildirərək, bu iddiaları rədd edib.
7-ci Donanma Pekinin iddialarına baxmayaraq, ABŞ-ın beynəlxalq hüququn icazə verdiyi yerdə fəaliyyət göstərəcəyini vurğulayıb.
Bu, son altı ildə rif sularında həyata keçirilən ilk belə əməliyyatdır və Filippinin atoll yaxınlığındakı təchizat missiyası zamanı Çin gəmilərini “təhlükəli manevrlər və qeyri-qanuni müdaxilə”də ittiham etməsindən bir gün sonra baş verir.
Manilaya görə, (...Manila Filippinin paytaxtıdır-A.B.) Çin gəmiləri rifə girişi tamamilə bağlamağa çalışırdılar və nəticədə iki Çin gəmisi arasında toqquşma baş verdi - bu ərazidə ilk məlum belə hadisə idi.
Çin Cənubi Çin dənizinin demək olar ki, hamısına, o cümlədən Bruney, İndoneziya, Malayziya, Filippin və Vyetnam kimi eksklüziv iqtisadi zonalarla üst-üstə düşən ərazilərə iddia edir.
2016-cı ildə beynəlxalq arbitraj paneli Pekinin iddiası üçün heç bir hüquqi əsası olmadığına qərar verib və amma Çin bu qərarı tanımaqdan imtina edib.
Skarboro rifi (Cənubi Çin dənizində balaca bir ərazidir-A.B.) hər il 3 trilyon dollardan çox dəniz ticarətinin keçdiyi strateji bölgədə əsas alov nöqtəsidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə