ABŞ Rusiya və Çinə məğlub olmaqdan qorxur..?

ABŞ nüvə silahı yarışında Rusiya və Çinə məğlub olmaqdan qorxur. Məhz buna görə də Amerika lideri Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşə tələsir.

SİA-nın məlumatına görə, ABŞ Hərbi Siyasətinin Regional Aspektləri Mərkəzinin rəhbəri, ABŞ və Kanada İnstitutunun əməkdaşı Vladimir Batyuk URA.RU-ya müsahibəsində fikirlərini bildirib.

...Vəziyyət dünyada strateji nüvə balansı baxımından ABŞ üçün son dərəcə əlverişsizdir. Birləşmiş Ştatlar nüvə silahı yarışında təkcə Rusiyaya deyil, Çinə də uduzur. Yaxın gələcəkdə Amerika bir deyil, iki nüvə fövqəldövlətini - Rusiya Federasiyası və ÇXR-i özündə saxlamalı olacaq, - Batyuk hesab edir.

Xatırladaq ki, prezidentlər Putin və Tramp arasında görüş avqustun 15-də baş tutacaq.Tərəflərin razılığına əsasən, Alyaskada baş tutacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə