Övladlarını öldürən, sonra isə intihar edən Yekaterinburq sakini intihar məktubu qoyub.
SİA xəbər verir ki, bu barədə “Regnum” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Daha əvvəl məlum olub ki, xəstəxanada həkim işləyən qadının anası uzun müddət qızı ilə əlaqə saxlaya bilməyib və həyəcan təbili çalıb.
O, mənzildə qadın, 6 yaşlı oğlan və 4 yaşlı qız meyitini tapıb. Həkim əvvəl qızı və oğlunu bıçaqla öldürüb, sonra intihar etmək qərarına gəlib. Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları mənzildə qadından “Artıq bizdə yoxdur” qeydi aşkar ediblər.
Agentliyin mənbəsinin sözlərinə görə, rusiyalı qadının bu hərəkətinə səbəb ərindən boşanması ola bilərdi; cütlük iki il əvvəl ayrılıb.
Qadın bundan sonra depressiyaya düşüb.
Bununla belə, qonşular onu qayğıkeş ana və yaxşı mütəxəssis kimi qələmə veriblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə