Rusiyada içki dükanlarının bağlanmasının fəsadları..?

...“Rosalkogoltobaccontrol” Rusiyanın regionlarında içki mağazalarının bağlanmasının fəsadlarından danışıb.

SİA xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. Departament nümayəndələrinin dediyinə görə, belə bir təşəbbüs qeyri-leqal məhsulların satış yollarının ortaya çıxmasına səbəb olacaq.

“Rosalkogoltobaccontrol” Voloqda vilayətində “Krasnoe & Beloe” içki mağazalarının bağlanması ilə bağlı xəbəri belə şərh edib.

...Lisenziyalı içki mağazaların bağlanması hüquqi sahədən kənar alternativ satış kanallarının yaranmasına, yəni qeyri-qanuni məhsulların satışına gətirib çıxaracaq

Bunu nəşr, özü də necə deyərlər... “düpbələm düz” yazır.

Xatırladaq ki, bir müddət əvvəl Voloqda vilayətinin qubernatoru Georgi Filimonov “Krasnoe & Beloe” şirkətinin “müqəddəs zərurət” səbəbindən bölgəni tərk etdiyini bildirmişdi.

Amma daha sonra içki mağazası özü bu məlumatı təkzib edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə