Ufanın mərkəzində yerləşən binalardan biri uçub. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Kommunistiçeskaya küçəsində binanın divarının bir hissəsi dağılıb. Nazirliyin Başqırdıstan Respublikası üzrə mütəxəssisləri hadisə yerinə cəlb olunublar.
Müəyyən edilib ki, bina 2024-cü ildən istifadə edilmir, onun qaz təchizatı da dayandırılıb. Tələfat yoxdur. Hadisənin səbəbi müəyyənləşdirilir. Binada əvvəllər Kooperativ Kollecinin yataqxanası yerləşib. KİV-lər qeyd edir ki, bu, bir həftə ərzində dördüncü belə hadisədir. Bundan öncə də Rusiyanın müxtəlif ərazilərindəki binalarda çökmə baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə