ABŞ-ın Kaliforniya ştatında kiçik təyyarə Sakit okeana düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfərin öldüyü bildirilir.
ABŞ Sahil Mühafizəsi verdiyi açıqlamada iki mühərrikli "Beechcraft"ın San Karlos hava limanından qalxdıqdan sonra Monterey sahillərində okeana çırpıldığını bildirib.
Açıqlamada qeyd olunub ki, qəzadan sonra başladılan axtarış-xilasetmə işləri zamanı 3 nəfərin cəsədi dalğıc qrupu tərəfindən çıxarılıb. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmaya başladığını açıqlayıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə