Onların tərkibində qurğuşun miqdarı 330 dəfə çox olub...
…teXet brendinin stasionar telefonları sağlamlıq üçün təhlükəli hesab edilib.
Dövlət Standartı təhlükəli məhsulların reyestrinə Çinin teXet markasının iki modelini əlavə edib: TX-234 və TX-236.
Səbəb, lehimdə qurğuşun icazə verilən səviyyəsinin çox olmasıdır: icazə verilən 0,1 faiz əvəzinə 33 faizə qədərdir. SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, artıq bu telefonlar ölkə daxilində idxal oluna, satıla və ya yayıla bilməz.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə