“Putinlə razılığa gəlmək mümkün olmayacaq”

Rusiya özünə aid olmayanı və ala bilmədiyi şeyi əldə etmək istəyir...

...Kiyev Putinlə razılığa gələ bilməyəcək.

Səbəb müasir Rusiyada Ukraynanın məhv edilməsini tələb etmələri ilə bağlıdır.

SİA-nın məlumatına görə, bu barədə Teleqraf.com-a ukraynalı politoloq Taras Zaqorodnıy deyib.

Onun sözlərinə görə, Putin hakimiyyətdə olduğu müddətdə heç bir formatda razılaşma ola bilməz.

...Donetsk, Xerson və Zaporojye vilayətlərindən geri çəkilmə əmrini kim verəcək? Heç kim belə bir əmr verməz. Və bu, onun ilk tələbidir,-deyə politoloq bildirib.

Zaqorodnıy qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin bütün müsahibələrində məhz bundan bəhs etməyə çalışdığı - müharibənin bitməsi məsələsində ilk növbədə Putinlə problemi həll etmək lazımdır. Bu, çox yaxşı, çox düzgün mövqedir.

Bunu da ukraynalı politoloq deyir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə