Sankt-Peterburqda balaca uşaq beşinci mərtəbənin pəncərəsindən yıxılıb və onu xilas etmək mümkün olmayıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə 78.ru məlumat yayıb.
Ana, ata və iki övladı bir neçə gündür ki, şəhərə gəliblər. Hadisə baş verən gün ana mağazaya gedib, oğlu isə pəncərənin altlığına çıxıb, ağcaqanad tora söykənib və pəncərədən yıxılıb.
Nəticədə zərərçəkmişə katatravma, beyin əzilməsi, qarın travması və digər xəsarətlər diaqnozu qoyulub.
Həkimlər ona kömək etsələr də, onu xilas edə bilməyiblər. Hadisə zamanı uşağın atası və bacısının evdə olduğu məlum olsa da, oğlana niyə baxmadıqları açıqlanmır.
Qurbanın anası Çindəndir və Moskva Dövlət Universitetində oxuyur.
Oxşar hadisə bir gün əvvəl Sankt-Peterburqda da baş verib. Ailənin atası həyətdə maşın rəngləyirmiş, amma nə vaxtsa gözlərinə boya düşüb. Oğlanla oturan ana ərinə su gətirib. Uşaq bu vaxt pəncərənin altına çıxıb və ikinci mərtəbənin pəncərəsindən yıxılaraq beton plitəyə çırpılıb.
Ona dalağın yırtığı diaqnozu qoyulub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə