...Rusiyada mövcud qanunvericilik uşaqlarını təhlükə altında qoyan anaları kifayət qədər ciddi şəkildə cəzalandırmır və cəzanın sərtləşdirilməsinə ehtiyac var.
SİA-nın məlumatına görə, bunu “Pravoslav Rusiyası” hərəkatının lideri Mixail İvanov deyib.
Əvvəllər Türkiyədə tətildə olan Rusiyadan olan 18 yaşlı tələbə qız evə uçmazdan əvvəl əlillər tualetində uşaq dünyaya gətirib və orada qoyub.
Hava limanının əməkdaşları yeni doğulmuş uşağı xilas edib, anasını saxlayıblar.
Nəticədə Türkiyədə məhkəmə qızı yaxın qohumunu öldürməyə cəhddə təqsirli bilib, 15 il müddətinə azadlıqdan məhrum edib.
Lakin apellyasiya məhkəməsi bunun yalnız “təhlükəli şəraitdə buraxılması” olduğunu bildirib və azadlığa buraxılması barədə qərar verib.Məsuliyyətsiz analara qarşı cəzaların sərtləşdirilməsinə çağırış...
Mixail İvanovun sözlərinə görə, indi məlum olur ki, “uşaqları hava limanında və ya gecə klublarının tualetlərində tərk etmək cinayət deyil.
...Qanun elə işləyir ki, belə hərəkətlər cəzasız qalır. Bu, yolverilməzdir. Əgər ana öz məsuliyyətini dərk etmirsə, onun uşaq böyütməyə haqqı yoxdur. O, bilərəkdən cinayət törətmiş yetkindir.
Bunu deyən rusiyalı səlahiyyətlisi, rus qadınını valideynlik hüququndan məhrum etmək üçün məhkəməyə müraciət edən qəyyumluq orqanlarının hərəkətlərini dəstəkləyərək, uşağın atılıb sonra dəyişdirilə bilən oyuncaq olmadığını xatırladıb. ...Vəkillər deyirlər ki, o, stress altında hərəkət etdiyini iddia edə bilər və sonra uşaq ona qaytarılacaq. Amma əslində o, körpəsini tualetə atdığı üçün ölməsini istəyirdi
... Xatırladaq ki, qız həbsdən çıxandan sonra ilk müsahibəsində qızını alıb böyütmək niyyətindən danışmışdı.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə