Ukraynaya yardım marşrutlarını qorumaq üçün...

...döyüş təyyarələri göndəriləcək. "F-35-lər" Polşaya gedir.

...Sentyabrdan etibarən Hollandiyanın “F-35” qırıcıları Norveçlə birlikdə Polşada NATO hava məkanında patrul edəcək.

SİA-nın məlumatına görə, Hollandiyanın müdafiə naziri Ruben Brekelmans bildirib. "

Niderlandın təhlükəsizliyi üçün NATO-nun şərq cinahını qorumaq vacibdir... Bu yolla biz Rusiyanı kənarda saxlayacaq və Ukraynanın təchizat yollarını qoruyacağıq, - o deyib.

İyunun 30-da Norveç Müdafiə Nazirliyi NATO-nun inteqrasiya olunmuş hava və raket hücumundan müdafiəsi çərçivəsində Polşaya “F-35” qırıcılarının göndərildiyini elan edib.

Bu ilin payızından etibarən təyyarələr Ukraynaya yüklərin göndərildiyi əsas logistika mərkəzi olan Rzeşov hava limanını qoruyacaq.

...Bu yolla Norveç Ukraynaya yardımın davam etməsinə və onun azadlıq mübarizəsinin davam etdirilməsinə kömək edir.

Bunu müdafiə naziri Tore Sandvik bildirib.

O əlavə edib ki, Rusiya müharibəsi hava hücumundan müdafiənin vacibliyini göstərdi.

...Biz bunu ilk növbədə Ukrayna və Polşa üçün edirik, eyni zamanda NATO-dakı öhdəliklərimizə sadiqliyimizi nümayiş etdiririk, - deyə nazir qeyd edib.

...2024-cü ilin dekabr ayından etibarən, "The Moscow Times"ın yazdığı kimi, Rzeszov hava limanını qorumaq üçün Norveçin NASAMS zenit-raket sistemlərindən istifadə olunur.

Bu şəhərin yaxınlığında Polşanın Yasionka hərbi bazası yerləşir və Qərb dövlətlərinin Ukraynaya verdiyi demək olar ki, bütün silah və texnika buradan keçir.

Əvvəllər ABŞ qoşunları orada öz missiyasını yerinə yetirirdi. Lakin apreldə onların Norveç, Almaniya, Britaniya və Polşa qoşunlarının əvəzlənəcəyi məlum oldu.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə