...ABŞ prezidenti Donald Tramp CNN və "New York Times"-ı kəskin tənqid edib.
Nəyə görə..?
Çünki onlar Amerikanın zərbələrindən sonra İranın nüvə obyektlərinin məhv edilmədiyini yazıblar. (...axı, bəlkə də..?)
SİA-nın məlumatına görə, Tramp bu barədə Truth Social-da yazıb.
…Fake News CNN və uduzan "New York Times" tarixin ən uğurlu hərbi zərbələrindən birini alçaltmaq üçün birləşiblər. İranın nüvə obyektləri tamamilə məhv edilib.
Deməli, bunu Tramp yazıb.
Amerika prezidentinin sözlərinə görə, həm “New York Times”, həm də CNN ictimaiyyət tərəfindən sərt tənqidlərə məruz qalır.
…Maraqlıdır, görən bu media nə yazıb ki..?
Beləliklə, CNN və “New York Times” yazır ki, ABŞ-ın İran obyektlərinə zərbələri Tehranın nüvə proqramını tamamilə məhv etməyib. CNN Amerika kəşfiyyatına istinadən qeyd edir ki, ABŞ-ın İranın üç nüvə obyektinə endirdiyi zərbələr nüvə proqramının əsas komponentlərini məhv etməyib. Bununla belə, ABŞ prezidenti əvvəllər dəfələrlə nüvə proqramının məhv edildiyini bəyan edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə