Tramp İrandakı rejimlə bağlı yeni açıqlama verib...

ABŞ prezidenti xaosdan qorxduğunu deyib...

ABŞ prezidenti İran rejiminin devriləcəyi təqdirdə xaosdan qorxduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, “New York Post” xəbər verir ki, o, bu barədə Hollandiyada NATO sammitinə gedərkən “Air Force One” təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.

...Rejim dəyişikliyi xaos gətirir və ideal olaraq biz bu cür xaosu görmək istəmirik. Hər şeyin necə nəticələndiyini görəcəyik.

Bunu Donald Tramp “izah” edib. Bir gün əvvəl o, özünün Truth Social sosial şəbəkəsində Tehranda rejimin dəyişdirilməsi təklifi ilə yazı yazmışdı.

Tramp beləcə “İranı yenidən möhtəşəm etmək” istəyir.

Lakin “The Post”un yazdığına görə, prezident özəl olaraq fərqli mövqe bildirib.

O, İranda rejim dəyişikliyinin qarşısını almaq istədiyini, çünki bunun “başqa bir Liviya ilə nəticələnə biləcəyini” söylədi. Prezident Tramp çərşənbə axşamı deyib ki, o, İranda rejim dəyişikliyinə cəhd etmir, çünki bu, “xaosa” gətirib çıxara bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə