Rusiya tibb müəssisələrinin 80 faizi tibb işçisi tapa bilmir

Oxşar problem Avropada da müşahidə olunur..?

...2025-ci ildə Rusiyada tibb kadrlarının çatışmazlığı problem kimi özünü büruzə verməkdədir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “hh.ru” işə götürmə xidmətinin sorğusuna əsasən, səhiyyə sektorunda işəgötürənlərin 80 faizi həkim, kiçik tibb işçiləri və digər mütəxəssislər tapmaqda çətinliklərlə üzləşib.

Eyni zamanda, respondentlərin 62 faizi işçilərin işə götürülməsinin 2024-cü illə müqayisədə xeyli çətinləşdiyini, 27 faizi isə vəziyyətin yaxşılaşmadan əvvəlki kimi qaldığını qeyd edib.

Respondentlərin yalnız 4 faizi tibb sahəsində vakant yerləri tutmağın onlar üçün asanlaşdığını, qalanları isə cavab verməkdə çətinlik çəkdiyini etiraf edib.

Ən böyük kadr çatışmazlığı orta səviyyəli tibb işçiləri arasında qeydə alınıb - təşkilatların 4 faizi və ya demək olar ki, hər ikincisi bu problemlə üzləşib.

İşə qəbulun çətinliyinə görə ikinci yerdə yüksək ixtisaslı həkimlər, o cümlədən yüksək kateqoriyalı mütəxəssislər və tibb elmləri namizədləri olub - tibb müəssisələrinin 37 faizində bunlar yoxdur.

İlk üçlüyü səhiyyə sektorundakı inzibati işçilər tamamlayır, işəgötürənlərin 29 faizi onların çatışmazlığı ilə üzləşir.

...Oxşar problemlər Avropada da müşahidə olunur.

Məsələn, Almaniyada da kəskin kadr çatışmazlığından əziyyət çəkən tibb müəssisələri səhiyyə sisteminin xarici mütəxəssislərdən asılılığını əyani şəkildə nümayiş etdirən fləşmob təşkil etdilər.

Müxtəlif klinikalarda lentə alınan videolarda xarici mütəxəssislər istisna olunarsa, xəstəxanalarda nə qədər işçi qalacağı göstərilir. Çərçivədə ölkənin yerli sakinləri kimi yalnız bir neçə nəfər qalır..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə