İranın nüvə obyektlərinə hücum münaqişəni genişləndirmək təhlükəsi yaradır

Oman ABŞ-nin İranın nüvə obyektlərinə hücumunu pisləyib. SİA xəbər verir ki, bu barədə ABŞ və İran arasında nüvə proqramı ilə bağlı aparılan danışıqlarda vasitəçi kimi çıxış edən Oman Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanata görə, bu hücum Yaxın Şərqdə münaqişəni genişləndirmək təhlükəsi yaradır və beynəlxalq hüququ pozur.

"Xarici İşlər Nazirliyi dərin narahatlıq ifadə edir və ABŞ-nin İran ərazisinə birbaşa hava hücumları nəticəsində yaranan eskalasiyanı pisləyib. Oman gərginliyi dərhal azaltmağa çağırır. ABŞ-nin hərəkətləri müharibəni gücləndirməklə hədələyir, beynəlxalq hüququn və BMT Nizamnaməsinin ciddi şəkildə pozulması deməkdir”, - bəyanatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə