Trampın İran hiyləsi ifşa olundu...

Dövlət Departamentinin keçmiş rəsmisi Aaron Miller “Financial Times” qəzetinə deyib ki, ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı danışıqlara açıq-aşkar hazır olması hiylə ola bilərdi, çünki o, İsrailin zərbə planlarını artıq bilirdi.

...Bu dərəcədə onlar israillilərlə əməkdaşlıq edirdilər və hiylə açıq-aydın işə yaradı.

SİA-nın məlumatına görə, bunu Miller deyib.

O, əlavə edib ki, Tramp administrasiyasının İranla danışıqları davam etdirməyə hazırlaşdığı təsəvvürü Tehranı saxta təhlükəsizlik hissi ilə sakitləşdirmək üçün istifadə edilib.

Nəşr qeyd edir ki, çoxları İran tərəfi ilə təmaslar davam etdikcə və nüvə məsələsində razılaşmaya ümid yarandıqca ABŞ-ın İsraildən hücuma icazə verməyəcəyinə inanırdılar. Eyni zamanda mənbə nəşrə bildirib ki, Tramp administrasiyası İsrailin gözlənilən əməliyyatından xəbərdardır və heç bir etiraz bildirməyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə