...ABŞ prezidenti Donald Trampın administrasiyası Kiyevin öz təhlükəsizliyini və suverenliyini təmin etmək imkanlarını məhdudlaşdırıb.
SİA-nın məlumatına görə, bunu "Foreign Policy" nəşri yazır.
Bununla belə, həddindən artıq bədbinliyə haqq qazandırmaq olmaz.
Ukrayna artıq ən qabaqcıl silahlardan bəzilərini istehsal edir və döyüş meydanında ixtiraçılıq nümayiş etdirərək Qara dəniz kampaniyasında qalib gəlib və onlarla rus təyyarəsini ucuz dronlarla məhv edən “Hörümçək toru” əməliyyatını uğurla həyata keçirib.
Tramp çox güman ki, ABŞ-ın aktiv iştirakını və silah tədarükünü azaldacaq, Vaşinqton Ukraynadan tamamilə imtina etməyəcək - o, Ukraynanın əks-hücumlarını planlaşdırmaq üçün əsas resurs olan ABŞ peyk kəşfiyyatına çıxışını saxlayacaq.
İndi əsas ümid tədricən Ukraynanın əsas müttəfiqi rolunu öz üzərinə götürən Avropadır.
Fransa, Böyük Britaniya, Almaniya, Polşa və digər ölkələr hərbi büdcələrini artırır və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edirlər.
Avropa İttifaqı artıq öz müdafiə imkanlarını gücləndirir, Ukraynaya dəstək baxımından ABŞ-ı əvəz etməyə və hətta onu ötməyə çalışır.
Ukrayna da öz növbəsində ordusunun tələbatının təxminən 40 faizini ödəməklə, Qərb şirkətlərindən daha ucuz və daha sürətli istehsal təklif etməklə Avropanın aparıcı silah istehsalçılarından birinə çevrilib.
Beləliklə, Avropa Ukraynanın qələbəsi üçün məsuliyyəti öz üzərinə götürür, qətiyyət nümayiş etdirir və Kiyevi dəstəkləməyə hazırdır – hətta ABŞ yardımı kəssə belə…
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə