Miqrant etirazlarının mümkün təhrikçilərindən danışılıb...

...Milli Antikorrupsiya Komitəsinin sədri və Rusiya Prezidenti yanında Şuranın üzvü Kirill Kabanov akademik Andrey Fursovun Moskvada miqrantların kütləvi etiraz aksiyaları keçirməsi riski ilə bağlı narahatlığını şərh edib.

SİA-nın məlumatına görə, o, Britaniya kəşfiyyat xidmətlərinin miqrant qrupları ilə əməkdaşlıq etdiyini bildirib.

...İngilislər miqrantlardan stabilliyi pozmaq və terror aktları təşkil etmək üçün istifadə edir...

Kabanov bununla bağlı “Crocus City” partlayışlarına istinad edir.

Onun sözlərinə görə, Qərb radikal islam təşkilatlarının arxasında gizlənərək, daxili təhlükəsizliyi pozmaq və 5-6 il ərzində bir neçə regionda hakimiyyəti ələ keçirmək ehtimalı ilə Rusiyaya miqrant axınını stimullaşdırır.

Bu barədə Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının və Təhlükəsizlik Şurasının nümayəndələri də xəbərdarlıq ediblər.

Kabanov miqrasiya lobbiçilərinin iki kateqoriyasını müəyyənləşdirib: iqtisadi, pul qazanmağa yönəlmiş və konstitusiya quruluşunu dəyişdirməyə çalışan siyasi...

Eyni zamanda o, əmək miqrantlarına, məsələn, Tver vilayətində nəzarət altında işləyən Şimali Koreyalı işçilərə müsbət qiymət verib.

...Ekspert “KP” radiosunun efirində nəzarət olunan əmək miqrasiyası ilə Mərkəzi Asiya və Zaqafqaziyadan kütləvi nəzarətsiz miqrasiya arasında fərq qoyulmasının zəruriliyini vurğulayaraq, prezidentin təhlükəsizliyi qorumaq üçün məqsədyönlü və nəzarətli miqrant axınını təmin etmək vəzifəsi qoyduğunu qeyd edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə