Miqrantlar pravoslav qızlarla evlənib Rusiyanı İslam ölkəsinə çevirirlər?
...Rus Pravoslav Kilsəsinin keşişi Kirill (İvanov) bəyan edib ki, miqrantlar pravoslav qızlarla evlənməklə Rusiyanı İslam ölkəsinə çevirmək istəyirlər.
SİA-nın məlumatına görə, “YouTube” kanalında yayımlanan videoda keşiş iddia edir ki, “islam miqrantları, ilk növbədə radikallaşmış müsəlmanlar” axını səbəbindən dinlərarası nikahlar məsələsi “çox kəskinləşib”.
...Onun sözlərinə görə, onların çoxu rus qızlarına evlilik təklifi edir ki, bu da “bəzi hallarda onların İslamı qəbul etməsi ilə nəticələnir”.
Qeyd edək ki, İvanov Balkanları misal çəkib. Onun sözlərinə görə, guya o vaxt pravoslav qadınlar türklərin işğalı zamanı “fiziki murdarlanmadan, islami nikaha girməkdən və mənəvi çirklənmədən...İslamı qəbul etməkdənsə ölümü üstün tuturmuşlar”..?
Keşişin dediyinə görə, bolqar qadınları “özlərini paklıq və imanla qorumaq istəyir, ölümü fasiq müsəlmanların təhqirindən üstün tuturlar”..?
...Ona görə də nəyin daha yaxşı olduğunu düşünün: müsəlmanla evlənmək və ya pravoslav qalmaq..?
Deyim ki, bunu da keşiş deyib.
Və əlavə edib ki, guya pravoslav qanunları təkcə digər xristian cərəyanlarının nümayəndələri ilə deyil, xüsusən də İsanı Allah kimi tanımayan müsəlmanlarla nikahı qəti şəkildə qadağan edir.
SİA-nın əlavəsi: Keşişin nə sayaqladığı bilmək istəməsəm də, amma gözünün içinə qədər yalan danışdığını deyə bilərəm.
Qeyd edilməlidir ki, o vaxt Osmanlı dövlətinə minnətçi düşüb öz qızlarını bu ölkənin hərəmxanalarına göndərən Balkan imkanlıları barədə xeyli misal göstərmək olar. Deyim ki, bu danılmaz faktdır...
P.S: Allah rusiyalı keşiş Dmitri Smirnova rəhmət eləsin!
P.S,S: Mənə belə gəlir ki, keşişi qorxudan bilirsiniz nədir,..axı müsəlman ölkəsində keşiş olmur...və olanda da çox az olur...
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə