...Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampın Rusiyaya qarşı "qəzəbinin" hərəkətə keçəcəyinə ümid edir.
SİA-nın məlumatına görə, BFM TV xəbər verir ki, o, bunu Vyetnama səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
...Ümid edirəm ki, Trampın ifadə etdiyi və bizim paylaşdığımız qəzəb ABŞ-a avropalılarla birlikdə Rusiyanı cilovlamaq və nəhayət, münaqişəyə son qoymağa imkan verəcək tamamilə fərqli və daha iddialı sanksiyalar paketini təhdid etməyə imkan verəcək, - deyə Makron bildirib.
Söhbət Trampın Rusiyanın Ukraynadakı hədəflərə, o cümlədən “İsgəndər” kompleksindən istifadə etməsinə reaksiyasından gedir.
Buna cavab olaraq Amerika prezidenti bəyan edib ki, hazırda Rusiyaya qarşı sanksiyaların tətbiqi imkanını “mütləq” nəzərdən keçirir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə