...Alıcılıq qabiliyyəti paritetinə görə Rusiya iqtisadiyyatı dünyada dördüncü yerə yüksəlib. Bunu Rusiya prezidenti Vladimir Putin biznes ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
SİA-nın məlumatına görə, bu barədə TASS xəbər verir. Dövlət başçısı vurğulayıb ki, əldə olunan nəticə bilavasitə işgüzar dairələrin xidmətidir, ölkənin bütün rayonlarından olan müəssisə və şirkətlərin kollektivlərinin birgə əməyinin nəticəsidir.
Bundan əlavə, o qeyd edib ki, son iki ildə Rusiya iqtisadiyyatı çox çətin şəraitdə böyüyüb, bunu istixana adlandırmaq olmaz.
Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya prezidentinin sözlərinə görə, 2024-cü ildə ölkə iqtisadiyyatı 4,3 faiz artım göstərəcək.
Putin bunu yaxşı göstərici adlandırıb və əldə olunan nəticənin yerli deyil, ən geniş sahələri əhatə etdiyini açıqlayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə