...Hannover maliyyə qurumu Sparkasse Hannover Almaniyanın keçmiş kansleri Qerhard Şroeder-in “Şimal axını 2” AG şirkətindən köçürmələri almaq üçün istifadə edilən hesabını bloklamaq qərarına gəlib.
SİA xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Şröderə göndərilən rəsmi bildirişdə bankın rəhbərliyi kreditlərin davam etdirilməsinin ABŞ-ın bankın özünə qarşı potensial sanksiyalarına səbəb ola biləcəyindən narahatlığını ifadə edib.
Şröderə qarşı heç bir sanksiya olmamasına baxmayaraq, bank proaktiv hərəkət etmək qərarına gəlib.
Maraqlıdır ki, bu qərar Yaşıllar Partiyasından olan Hannover meri Belit Onayın Sparkasse Hannover İdarə Heyətinin sədri təyin olunmasından cəmi bir neçə həftə sonra verilib.
Onay daha əvvəl Şröderi tənqid etmiş və onu şəhərin fəxri vətəndaşı titulundan məhrum etməyə çağırmışdı.
Qeyd edək ki, Ukraynada münaqişə başlayandan bəri keçmiş kansler Rusiya ilə əlaqələri və Rusiya prezidenti ilə yaxın münasibətlərinə görə daim tənqid hədəfinə çevrilib.
Bəzi partiya həmkarlarının, o cümlədən hazırkı kansler Olaf Şolzun təzyiqlərinə baxmayaraq, onu Sosial Demokrat Partiyasından (SPD) çıxarmaq cəhdləri baş tutmayıb.
İldə 55 milyard kubmetr qaz ötürmə qabiliyyətinə malik “Şimal axını 2” qaz kəməri 2021-ci ilin sentyabrında başa çatdırılsa da, hələ də istismara verilməyib.
2022-ci ilin sentyabrında boru kəmərinin tellərindən biri partlayışlar nəticəsində dağıdıldı və bu, beynəlxalq araşdırmaya və terror ittihamına səbəb oldu.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə