NATO Rusiyaya alyansın real hərbi yerləşdirməyə hazır olduğunu nümayiş etdirmək üçün Soyuq Müharibə dövründəki Reforger təlimlərini canlandırmalıdır.
SİA-nın məlumatına görə, Bloomberg xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş Ali Baş Komandanı Ceyms Stavridis deyib.
...Bunlar sadəcə manevrlər və ya qərargah təlimləri deyil, bütün səviyyələrdə komandirlərin qoşunlar üzərində real gücə malik olacağı cari hərbi planların real vaxt rejimində nümayişi olmalıdır, - deyə ekspert yazıb.
Eyni zamanda, Stavridisin fikrincə, qüvvələrin əhəmiyyətli bir hissəsini Avropa ölkələri - Fransa, Almaniya və Polşa təmin etməlidir.
Onun sözlərinə görə, ABŞ texniki və kəşfiyyat dəstəyinə - peyk rabitəsi, kibertəhlükəsizlik, süni intellekt və pilotsuz sistemlərə diqqət yetirməlidir.
Daha əvvəl Almaniya kansleri Fridrix Merz bildirib ki, Almaniya və onun Şimali Atlantika Alyansındakı müttəfiqləri “NATO ərazisinin hər qarışını” xarici təhdidlərdən müdafiə etməyə hazırdırlar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə