Belarus demoqrafik fəlakətlə üz-üzədir..?

Səkkiz il ərzində ölkədə doğum səviyyəsi yarıbayarı azalıb...

...Son səkkiz il ərzində Belarusda doğum səviyyəsi iki dəfə azalıb.

SİA-nın məlumatına görə, Euroradio xəbər verir ki, bu barədə Belarusun Milli Statistika Komitəsinin dərc etdiyi məlumatda deyilir.

Deməli, 2024-cü ildə Belarusda 58 938 nəfər, 2016-cı ildə isə 117 779 nəfər doğulub.

Ötən il yeni doğulanların sayının 2016-cı il səviyyəsinin 50,04 faizini təşkil etdiyini hesablamaq asandır.

Üstəlik, statistik məlumatlardan da göründüyü kimi, bütün regionlarda azalma səviyyəsi təxminən eynidir.

...Doğuş səviyyəsinin aşağı olmasını əhalinin Belarusdan getməsi və təbii ölümlə əlaqələndirmək mümkün deyil. ...Belstatın rəsmi məlumatına görə, ölkə əhalisi 2016-cı ilin əvvəlində 9 milyon 498 min 400 nəfər, 2024-cü ilin əvvəlində isə 9 milyon 156 min nəfər olub.

Belə ki, bu səkkiz il ərzində əhalinin sayı cəmi 3,6 faiz (342,4 min), yeni doğulanların sayı isə 50 faiz azalıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə