Onun dəyəri təxminən 10 milyon dollardır.
...“Qara meşə” briqadasının ukraynalı kəşfiyyatçıları Rusiya ordusunun müasir “Buk-M1” zenit-raket kompleksini aşkarlayıb və operativ şəkildə ona zərbə endiriblər. Nəticədə təxminən 10 milyon dollar dəyərində olan qurğu tamamilə sıradan çıxıb.
SİA-nın məlumatına görə, “Buk-M1” yer-hava raket sistemi qırıcılar, bombardmançı təyyarələr, helikopterlər, həmçinin qanadlı raketlər və pilotsuz uçuş aparatları kimi təyyarə hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş sovet (daha sonra Rusiya) mobil orta mənzilli hava hücumundan müdafiə sistemidir.
“Buk-M1”-in məhv edilməsi düşmənin hava məkanına nəzarət etmək və qoşunlarını hava zərbələrindən qorumaq imkanlarını xeyli zəiflədir..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə