...Belarusda, Polotsk Dövlət Meşə Təsərrüfatı Kollecində iclas keçirilib, orada dörd Somali vətəndaşının Belarusdan deportasiya edilməsi məsələsinə baxılıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Vitebsk Vilayət İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, əcnəbilər ölkəyə qanuni yolla gəliblər - bu ilin martında onlara təhsilləri ilə əlaqədar müvəqqəti yaşamaq icazəsi verilib.
Lakin məlum olub ki, onların qalma məqsədi təkcə təhsil almaq deyilmiş.
Belə ki, Polotsk Rayon Daxili İşlər İdarəsinin Vətəndaşlıq və Miqrasiya Şöbəsindən verilən məlumata görə, tələbələr Belarus ərazisindən üçüncü ölkələrə qanunsuz hərəkət etmək üçün tranzit məntəqəsi kimi istifadə etməyə cəhd ediblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə