...Rusiya Elmlər Akademiyasının prezidenti Gennadi Krasnikovun sözlərinə görə, bir çox məşhur alimlər öz vətənlərinə qayıtmaq qərarına gəldiyi üçün Rusiyadan ixtisaslı kadrların axını praktiki olaraq dayanıb.
Beləliklə, onlarla mütəxəssis Molekulyar Elektronika İnstitutunda fəaliyyətini bərpa edib ki, bu da elmi tədqiqatlar sahəsində müsbət dinamikadan xəbər verir.
Krasnikov Rusiyada elmi fəaliyyət üçün şəraitin əhəmiyyətli dərəcədə yaxşılaşdığını vurğulayıb.
Texnoloji suverenliyə nail olmağa yönəlmiş proqramların həyata keçirilməsi elmi tədqiqatların aparılmasına marağın artmasına təkan verir. Təxmin edirəm ki, yaxın gələcəkdə elmi araşdırmalar baxımından bizdə Renessans olacaq.
SİA-nın məlumatına görə, Rusiya Elmlər Akademiyasının rəhbəri onu da qeyd edib ki, dövlət elmi layihələrə fəal şəkildə sərmayə qoyur və bu, həm daxili, həm də beynəlxalq əmək bazarlarında rus alimlərinin rəqabət qabiliyyətini artırır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə