Alimlər Tunc dövrünün sonunun sosial və hərbi sarsıntılara görə deyil, böyük təbii fəlakətə görə gəldiyini irəli sürürlər. Nəticədə bir neçə sivilizasiya bir anda məhv olub.
SİA-nın məlumatına görə, alimlər Misir, İsrail və Kipr sahillərində su altında qalmış şəhərlər aşkar ediblər. Tədqiqatlar göstərmişdir ki, suyun altında yerləşən tikililər son tunc dövrünə aiddir və təxminən eramızdan əvvəl 1500-1200-cü illərdə mövcud olmuşdur.
...“Nature Communications” jurnalı xəbər verir ki, dağılmış yaşayış məntəqəsi Misirdə Əbu Qir körfəzi yaxınlığında aşkarlanıb.
İlkin olaraq, bu, sular altında qalan qədim Heraklion şəhəridir. İsrailin Akko sahillərində düzbucaqlı bina bünövrələri, Kipr yaxınlığında isə tunc gəmilərin və saxsı qabların parçaları tapılıb.
Hayfa Universiteti və Fransa Şərq Arxeologiyası İnstitutunun alimlərinin fikrincə, bu şəhərlərin hamısı zəlzələlərin yaratdığı sunami kimi təbii fəlakət nəticəsində dağılıb.
Eyni versiyanı tarix elmləri namizədi, arxeoloq, Ural Federal Universitetinin Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi Anton Qriqoryev də dəstəkləyir.
...Novosvyat ilə söhbətində o qeyd edib ki, tapıntı Tunc dövrünün sonunun təkcə sosial və hərbi çevrilişlər nəticəsində deyil, qlobal təbii fəlakət səbəbindən gəldiyi nəzəriyyəsini təsdiqləyir. Nəticədə bir neçə sivilizasiya bir anda məhv edildi.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə