ABŞ prezidenti Donald Trampın xaricdə çəkilən filmlərə rüsum tətbiq etməklə bağlı hədəsi Amerika kino sənayesinə zərbə vura bilər. SİA xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Nəşr yazır: "Amerika kino sənayesi və teatr zəncirləri ağır zərbə alacaq, studiyalar daha yüksək xərclər çəkməli olacaqlar və istehlakçılar potensial olaraq daha yüksək bilet qiymətləri ilə üzləşəcəklər". Bilidirilib ki, Trampın planları Böyük Britaniya, Kanada və Avstraliyadakı Hollivud istehsal mərkəzləri üçün də fəlakətli ola bilər. Tramp administrasiyası bu yaxınlarda yerli kino sənayesinə dəstək verdiyini əsas gətirərək xarici filmlərə 100 faiz gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı.
Rəsmilər deyirlər ki, digər ölkələr həvəsləndirici təkliflər verməklə Amerika rejissorlarını və studiyalarını şirnikləndirir və buna görə də Hollivud iflas edir. Kinoşünas David Şneyderov öz növbəsində qeyd edib ki, Trampın xarici filmlərə rüsum tətbiq etməsi amerikalı rejissorların Avropada yeni filmlər çəkməsinin baha başa gəlməsinə səbəb olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə