"Putin müharibənin davam etməsini istəyir..."

Kreml müharibənin başa çatması üçün vaxt çərçivəsi müəyyən etməkdən yayınıb...

...Rusiya lideri Vladimir Putin Ukrayna və ABŞ-ın təklif etdiyi qlobal atəşkəs razılaşmasını dəfələrlə rədd edib və Kreml müharibənin başa çatması üçün vaxt çərçivəsi müəyyən etməkdən yayınıb.

Müharibənin Öyrənilməsi İnstitutunun xəbər verdiyi kimi, bütün bunlar Putinin yaxın müddətdə müharibəni sülh danışıqları yolu ilə bitirməkdə maraqlı olmadığını vurğulayır.

...Putinin ABŞ və Ukraynanın atəşkəs təkliflərini davamlı şəkildə rədd etməsi Trampın əvvəlcə atəşkəs əldə etmək, sonra isə daha geniş sülh sazişi üzrə danışıqlar aparmaq kimi yanaşmasına, eləcə də Trampın Ukraynada davamlı sülhə nail olmaq məqsədinə ziddir.

SİA-nın məlumatına görə, bu, Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında deyilir.

Xatırladaq ki, aprelin 20-də Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın ən azı 30 gün ərzində tam və qeyd-şərtsiz atəşkəsə razılaşmağa hazır olduğunu təsdiqləyib.

Putin aprelin 21-də Ukraynanın "təşəbbüsü ələ keçirməyə və atəşkəs rejimini genişləndirməkdən danışmağa" çalışdığını əsas gətirərək təklifi rədd edib..?

Putinin fikrincə, Rusiya “hər şeyi diqqətlə qiymətləndirməli” olacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə