“Miqrantlar Rusiyaya “rusların əvəzinə” yaşamaq üçün gəlirlər”..?

Bunu Yekaterinburq mitropoliti Yevgeni deyib

...Yekaterinburq və Verxoturye mitropoliti Yevgeni öz sürüsünə Pasxa mesajı ilə müraciət edib. O, bölgəyə kütləvi şəkildə gələn radikal əcnəbilərin yaratdığı təhlükədən danışıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, metropoliten Yevgeni bildirib ki, ölkəyə Rusiyanın müxtəlif xalqlarla dinc yanaşı yaşama təcrübəsinə yad olan insanların daimi axını gəlir.

Onun sözlərinə görə, onların çoxu ruslarla yaşamağa deyil, “bizim yerimizə” yaşamağa gəlir. Onlar ənənəvi rus İslamı üçün xristianlıqdan az təhlükə törətmirlər. Metropoliten Yevgeni əlavə etdi ki, “korrupsionerlər” onlara pasport verir, “korrupsioner hakimlər” isə radikallara qarşı çıxanları cəzalandırır.

…Xatırladaq ki, rusların yazdığına görə,…o gün miqrant toyda atəş açaraq Yekaterinburq sakinlərini qorxuya salıb.

…Sankt-Peterburqda isə miqrantlar…guya Pasxa bəzəklərini cırıblar..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə