... Rusiyadan sığınacaq istəməsi ilə bağlı məlumatı

...Və bu arada Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri Rusiyadan sığınacaq istəməsi ilə bağlı məlumatı təkzib edib.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

...Xeyr, bu xəbər tamamilə doğru deyil. Belə bir xəbərin haradan gəldiyi məni təəccübləndirdi,- deyən diplomat, həqiqətən də Rusiya hakimiyyətinə sığınacaq üçün müraciət edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib.

Daha əvvəl TASS xəbər agentliyi mənbəyə istinadən xəbər vermişdi ki, Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri Rusiyadan sığınacaq istəyib.

Aprelin 8-də Suriya Xarici İşlər Nazirliyinin mətbuatla əlaqələr üzrə koordinatoru Abdulla Əl-Həki bildirib ki, Suriya Xarici İşlər Nazirliyi Moskvadakı səfirini dəyişdirmək qərarına gəlib.

Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi Suriyanın Moskva və Ər-Riyaddakı səfirlərinin Dəməşqdəki mərkəzi ofisə köçürülməsinə qərar verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə