Ukrayna Britaniyadan təxminən 1 milyard dollar alıb, özü də...

Rusiyanın aktivləri hesabına

Bazar ertəsi, aprelin 14-də Böyük Britaniya Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə G7 kredit mexanizmi çərçivəsində Ukraynaya 752 milyon funt sterlinq (990 milyon dollar) göndərib.

SİA-nın məlumatına görə, Avropa Pravdası Reuters-ə istinadən xəbər verir.

Böyük Britaniyanın Ukraynaya ən son tranşı 2,26 milyard funt sterlinq məbləğində planlaşdırılan üç ödənişdən ikincisidir.

Birincisi martın 6-da baş tutub və 752 milyon funt sterlinq təşkil edib.

Qalan vəsaitin 2026-cı ildə ödənilməsi planlaşdırılır.

Böyük Britaniyanın Maliyyə Nazirliyinin kansleri Reyçel Rivs deyib ki, “…dünya bizim gözümüzün önündə dəyişir, qlobal qeyri-sabitlik, xüsusən də Rusiyanın Ukraynaya təcavüzü ilə yenidən formalaşır”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə